Audiovizual Şuranın əməkdaşları BDU tələbələrinə mühazirə oxuyublar

29/02/2024

Audiovizual Şuranın əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüblər. Görüş Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və BDU arasında imzalanan anlaşma memorandumuna uyğun olaraq keçirilib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr arasında böyük marağa səbəb olduğunu, bu sahədə daha çox məlumat əldə etməyin zəruriliyini vurğulayıb.

Şuranın Aparat rəhbəri Fazil Novruzov qurumun öz fəaliyyətində BDU tələbələri ilə sıx kommunikasiyaya önəm verdiyini, gələcək jurnalistlərin audiovizual media tənzimlənməsi üzrə məlumatlılığının artırılmasına çalışdığını qeyd edib.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı audiovizual, onlayn media subyektləri, media sahəsində dövlətin vəzifələri, Şuranın əsas vəzifə və funksiyaları barədə geniş təqdimatla çıxış edib.

Şuranın hüquqşünası Kamran Əliyev isə mediada yayılan informasiyaya dair tələblər, tətbiq oluna bilən sanksiyalarla bağlı tələbə-jurnalistləri məlumatlandırıb.

Təqdimatdan sonra audiovizual medianın tənzimlənməsi üzrə tələbələri maraqlandıran  suallara aydınlıq gətirilib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026