Avroasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının növbəti qurultayı Bakıda olacaq

17/09/2018

Rusiya Federasiyasının Kareliya Respublikasının paytaxtı Petrozavodsk şəhərində Avroasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının “Avroasiya məkanında regionların sosial inkişafı” mövzusunda XXXI qurultayı keçirilib.  Azərbaycanı bu tədbirdə Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev təmsil edib.Qurultayın plenar iclasında çıxış edən Fikrət Şiriyev Azərbaycan ali məktəblərində Həmkarlar təşkilatlarının rolu, Universitetlərə dövlət qayğısı, həmçinin ölkəmizdə regionların inkişafı ilə bağlı qəbul edlmiş proqramlar, onların həyata keçirilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib. 6 ölkənin 50-dək universitetindən gəlmiş nümayəndə heyəti qarşısında ölkəmizin son illərdə dinamik inkişafını əks etdirən slaydların nümayişi ilə baş tutan məruzə qurultay nümayəndələrinin böyük marağına səbəb olub. Məruzədə son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, humanitar forumlar, multikulturalizm sahəsində əldə edilən uğurlar, regionların inkişafı  barədə məlumat verilib. Sonra qurultay Petrozavodsk Dövlət Universitetində  bölmə iclasları ilə davam edib. Assosiasiyanın vitse-prezidenti olan Fikrət  Şiriyev bölmə iclaslarından birində sədr olub.

  1. Dosent Fikrət Şiriyev, həmçinin,  qurultayın keçirildiyi Kareliya Respublikasında Həmkarlar Təşkilatlarının yaranmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirində  də iştirak edib. Qeyd edək ki, qurultayın yekun iclasında gələn il Avroasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının növbəti qurultayının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.
  2. Mətbuat və informasiya şöbəsi, 17 sentyabr 2018-ci il.

 

 

Xəbərlər

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib
12/01/2026

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026