Avropa Azərbaycan Məktəbinin direktoru BDU tələbələrinə təlim keçib

22/10/2024

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatı, “BDU könüllüləri” və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançininin “Gənclərin liderlik bacarıqlarının gücləndirilməsi” adlı təlimi keçirilib. Təlimdə BDU-nun tələbə və magistrantları iştirak ediblər.

Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançini “Lider kimdir?”, “Liderin keyfiyyətləri” və “Liderlik bacarıqlarını inkişaf etdirməyin metodları” mövzularında təqdimat edib. O, liderlik anlayışı və onun başlıca xüsusiyyətləri, bu bacarıqların inkişaf etdirilməsi yolları, məqsəd və hədəflərin düzgün müəyyən edilməsi, komanda ilə işin səmərəli qurulması və digər məsələlər barədə ətraflı məlumat verib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026