Avropa Birliyinin ekspertləri BDU-da təşkil olunmuş seminarda iştirak ediblər

23/04/2010

Aprelin 23-də Avropa Birliyinin Tədqiqat və Texnoloji İnkişafı 7-ci Çərçivə Proqramı (7 ÇP) layihələri üzrə ekspertlər-Yunanıstanın “Planet” təşkilatının Brussel ofisinin rəhbəri, Birliyin EXTEND layihəsinin koordinatoru Dr.Rafael Koumeri, “Planet”-in layihələr üzrə meneceri Dr.Konstantinos Samiotis və Belarusiyanın 7 ÇP-nin İKT istiqaməti üzrə dayaq nöqtəsinin rəhbəri dr.Tatyana Lyadnova Bakı Dövlət Universitetində təşkil olunmuş təlim seminarında iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Universitetin Beynəlxalq elm və təhsilə inteqrasiya şöbəsinin müdiri, professor İradə Əliyeva seminar haqqında məlumat verib. Məlum olub ki, tədbir Avropa Birliyinin 7 ÇP-nın elan etdiyi müsabiqələrdə iştirak etmək üçün layihələrin yazılmasına və AB komissiyasına təqdim etmək üçün alim və tədqiqatçılara dəstək olmaq məqsədi ilə keçirilir.

Sonra 7-ci ÇP-nın İKT üzrə Azərbaycanda Milli Təmsilçisi olan Regional İnnovasiya Texnologiyaları Akademiyasının direktoru Tofiq Babayev, layihələr üzrə ekspertlər Dr.Rafael Koumeri, Dr.Konstantinos Samiotis və Tatyana Lyadnova  layihələrin yazılması, tərtib və təqdim olunması ilə bağlı fikirlərini seminar iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd edək ki, seminarda BETİ üzvləri, əməkdaşlar, aspirant və magistrantlar, digər ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən AMEA-nın aparıcı elmi-tədqiqat institutlarının əməkdaşları iştirak ediblər.

Mətbuat xidməti

 

Xəbərlər

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb
18/04/2025

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub
18/04/2025

BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”

BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”
18/04/2025