Avropa Komissiyasının ekspertləri BDU-da

01/05/2010

Rektor, akademik Abel Məhərrəmov Avropa Komissiyasının Beynəlxalq Təhsil Mərkəzinin baş direktoru İvan Babini və direktor Viktoriya Lykovanı qəbul edib. Görüşdə Boloniya prosesinin Azərbaycanın təhsil sistemində həyata keçirilməsi, bununla bağlı tədris prosesinin gedişi, müvafiq sənədləşmənin təşkili, beynəlxalq proqramlar və qrantlarla bağlı fikir mübadiləsi aparılıb. Akademik Abel Məhərrəmov universitetdə Boloniya prosesinin həyata keçirilmə mexanizmindən, tyutor hazırlığından, mühazirələrin elektron versiyalarının sayta daxil edilməsindən, multimedia disklərindən, eyni zamanda beynəlxalq proqram və qrantlardan, BDU-nun həmin layihələrin həyata keçirilməsində fəal iştirakından bəhs edib.

Ekspertlər istəklərinə uyğun olaraq Elektron Tədris Mərkəzinə baxış keçirərək tyutorların hazırlığı prosesi ilə, universitetin saytına baxış keçirərək fakültələr üzrə mühazirələrin elektron versiyalarının, multimedia disklərinin sayta yerləşdirilməsinin gedişi ilə maraqlanıblar.

Tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev Boloniya prosesində kredit sisteminə dair tövsiyələrlə ekspertləri tanış edib, onları maraqlandıran digər sualları cavablandırıb.

Müasir avadanlıqlarla təchiz olunmuş elmi laboratoriyalara baxış keçirən ekspertlər, eyni zamanda universitetin idman həyatı, tələbə yeməkxanası, digər mərkəz və qurumlarla tanış olublar. İvan Babin və Viktoriya Lykova Bakı Dövlət Universitetini dünyanın aparıcı universitetləri ilə müqayisə edib, xoş təəssürat və müsbət rəylə ayrılıblar.

 

Mətbuat xidməti

Xəbərlər

Bu gün görkəmli alim, akademik Rəfiqə Əliyevanın anım günüdür

Bu gün görkəmli alim, akademik Rəfiqə Əliyevanın anım günüdür
06/05/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin RFO-da tarixi uğuru: 3 qızıl, 4 gümüş, 4 bürünc medal

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin RFO-da tarixi uğuru: 3 qızıl, 4 gümüş, 4 bürünc medal
06/05/2026

BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində

BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində
06/05/2026