“Avropa İnsan Hüquqları Məhkəməsi” mövzusunda konfrans keçirilib

20/04/2016

Bakı Dövlət Universiteti Hüuqu fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Məhkəməsi” mövzusunda konfrans keçirilib. Konfrans Ali Məhkəmənin hakimi, hüquq üzrə fəlsəfə doktoru Vəfaəddin İbayev tərəfindən aparılıb. Tədbiri giriş sözü ilə açan hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev konfransın əhəmiyyətindən  danışıb, tələbələri adıçəkilən mövzuda maraqlandıran sualları cavablandırıb. Ali Məhkəmənin hakimi, fəlsəfə doktoru Vəfaəddin İbayev çıxış edərək Avropa İnsan Hüquqları Konvensiyasında və ona əlavə protokollarda təsbit olunmuş bir sıra müddəalara toxunub. Hakim V.İbayev Ali Məhkəmənin praktikasında olan bir çox məhkəmə işləri, qərarları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlerinə məhkəmələrdə istinad olunması kimi məsələlərə aydınlıq gətirib.  Konfrans tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi 20 aprel 2016-cı il.

 

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026