Avropa Şurasının Bakıdakı nümayəndəliyi BDU tələbələrinə növbəti təlim keçib

17/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyi ilə birgə “Avropa İnsan Hüquqları Konvensiyası – 70” maarifləndirmə kampaniyası davam edir.

Konvensiyanın qüvvəyə minməsinin 70-ci ildönümünə həsr edilmiş kampaniya tələbələrin insan hüquqları sahəsində fundamental sənədlərdən sayılan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarının və Avropa Məhkəməsinin presedent hüququnun dərindən öyrənilməsinə xidmət edir.

Hüquq fakültəsinin dekanı Zaur Əliyevin və AŞ-nin Azərbaycan Respublikasındakı ofisinin rəhbəri Petr Zixin təşəbbüsü ilə başlanan bu maarifləndirmə kampaniyasının “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ – qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzusunda növbəti təlimi keçirilib.  Təlimçi qismində AŞ-nin eksperti Pərvanə Bayramova iştirak edib.

Təlimçi qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, bu mövzuda məhkəməyə daxil olmuş müraciətlər, onlara baxılması, məhkəmənin qərarları və icrası haqqında ətraflı məlumat verib.

Çıxışında baxılmış işlərdən misallar gətirən ekspert özünün bilik və təcrübəsinə əsaslanan məlumatları tələbələrlə bölüşüb.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026