Avropa Şurasının ekspertləri Bakı Dövlət Universitetində olublar

01/06/2012

Avropa Şurasının TEMPUS DOQUP Layihəsinin rəhbərləri və Avropa Şurasının ekspertləri Prof.A.Squarzoni (Layihə rəhbər, İtaliya Universitetləri Rektorları Şurasının üzvü),  Prof. G.Bernabeu ( AŞ təhsil məsələləri üzrə eksperti, İspaniya),  A.Musaio       (Beynəlxalq Strategiyalara Dəstək Mərkəzinin direktoru, Layihə meneceri) və  S. Ravaioli   (İtaliya Universitetlərinin İT Konsorsiumu) Bakı Dövlət Universitetində olublar. Bolonya prosesinin həyata keçirilməsində BDU-nun iştirak etdiyi beynəlxalq tədris layihələrindən  biri  -  “Təhsil Proqramlarının Keyfiyyətinin təmin olunması” - çərçivəsində icmal xarakterli səfərin əsas məqsədi  -  TEMPUS DoQuP Layihəsinin Azərbaycandan olan tərəf-müqabili BDU-da  - təhsil proqramlarında keyfiyyətin artırılması və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsidir. AŞ ekspertləri dəyirmi masa keçiriblər.  Dəyirmi masaya BDU tərəfindən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru   İradə Əliyeva, Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektoru Şəlalə Məmmədova,  Tədris elektron Mərkəzinin müdiri Məlahət Qurbanova, Tədris hissəsinin rəisi İbad İbadov, Layihənin koordinatoru       Gülheyran Rəhimova, Layihənin əlaqələndiricisi   Lalə Bayramova iştirak ediblər.

Dəyirmi masa zamanı aşağıda qeyd olunanlar Layihə rəhbərlərinin və Avropa ekspertlərinin diqqəti mərkəzində olub:

Ø təhsil proqramlarında keyfiyyətin artırılması və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi üçün vacib məlumatların əldə edilməsi;

Ø lazımi məlumatların və verilənlərin əldə olunması  istiqamətində metodologiyaların və prosedurların müəyyən edilməsi, toplanması, tədqiqi və təqdim olunması;

Ø lazımi məlumatların və verilənlərin əldə olunması, toplanması, tədqiqi və təqdim olunması üçün vəzifələrin müəyyən edilməsi və vəsaitlərin səfərbər edilməsi;

Ø zəruri/əldə oluna bilən sənədlərin “kompüterləşmə” səviyyəsinin icmalı.

Qeyd etmək lazımdır ki, bu Avropa Şurasının “Təhsil Proqramlarının Keyfiyyətinin təmin olunması” (Quality Assurance of study programmes) Layihəsinin Azərbaycandakı tərəf-müqabilləri Azərbaycan Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti Azərbaycan Tibb Universiteti Xəzər Universiteti, Odlar Yurdu Universiteti və Qafqaz Universitetidir.

Mətbuat və İnformasiya Şöbəsi,  01 iyun 2012-ci il

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025