Avropalı ekspertlər BDU-da

16/04/2014

Bu gün DAAD-ın Almaniyada yerləşən baş ofisinin 2 əməkdaşı və ekspert kimi cəlb edilmiş 4 alman professor «Avropa hüququ» ixtisası üzrə «ikili diplom» magistratura proqramının qiymətləndirilməsi məqsədilə Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov proqramla bağlı fikirlərini bölüşüb, onun əhəmiyyətindən danışıb. Rektor ötən il proqramın ilk 6 məzununa BDU-nun və Almaniyanın Vurçburq Universitetinin diplomlarının verildiyini də xüsusilə qeyd edib.

«Avropa hüququ» ixtisası üzrə təhsil alan tələbələr, eyni zamanda müəllimlər və hüquq fakültəsinin rəhbərliyi ilə görüşdüklərini deyən qonaqlar proqramın tətbiqindən razı qaldıqlarını deyib və gələcəkdə onun səmərəliliyinin artırılması istiqağətindən bəzi təkliflər səsləndiriblər.

Qeyd edək ki, 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində “Avropa Hüququ” ixtisası üzrə Almaniyanın Vurçburq Universiteti ilə birlikdə DAAD təşkilatının maliyyə dəstəyilə «ikili diplom» magistratura proqramı fəaliyyət göstərir. Tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi bu proqramda iştirak edən tələbələr üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir. Proqrama uyğun olaraq, alman professorları Avropa mülki hüquq ənənəsi, Avropa dövlət yardımı hüququ, Avropa anti-inhisar hüququ üzrə mühazirələr oxuyub, hüquq fakültəsinin müəllimi Məhəmməd Quluzadə Vurçburq Universitetində açıq mühazirə keçirib.

Mətbuat və İnformasiya şöbəsi, 16 aprel 2014-cü il.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025