AXC-nin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

20/12/2018

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında ziyalıların rolu” adlı elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Fakültə dekanı, professor Elxan Əzizov ölkəmizin müstəqillik tarixi barədə ətraflı danışıb. Sonra BDU-nun Elmi Tədqiqat hissəsinin müdiri, professor İzzət Əfəndiyeva, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, bakalavriatura üzrə dekan müavini Cavanşir Məmmədzadə, TEC-in sədri Heybət Heybətov Azərbaycan Xalq Cümhuriyyəti haqqında müxtəlif məzmunlu çıxışlar ediblər.
Tədbirdə Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (Şərq ölkələri üzrə) ixtisasının  tələbələri – Nigar Bağırlı, Qəmər Rzayeva, Arzu Bağırova, Reyhan Rüstəmova, Solmaz Tağıyeva, Nigar Vəliyeva, Əsmər Poladlının Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyat və fəaliyyətləri haqqında təqdimatları maraqla izlənilib.

Mətbuat və informasiya şöbəsi, 20 dekabr 2018-ci il.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub
23/10/2026

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026