AYNA BDU-da dayanıqlı şəhər mobilliyinə dair infosessiya keçirib

13/10/2025

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə “Dayanıqlı şəhər mobilliyi: Bakı şəhərində bu istiqamətdə görülmüş və planlaşdırılan işlər” mövzusunda infosessiya keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, Universitetin sosial layihələrindən bəhs edib. Həmçinin dayanıqlı şəhər konsepsiyasına uyğun olaraq keçirilən layihələrin və fəaliyyətlərin artıq zərurətə çevrildiyini bildirib.

AYNA-nın Daxili kommunikasiya və tədbirlərin təşkili şöbəsinin müdiri Elmira Abbasova infosessiyada mikromobillik infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barədə tələbələrə məlumat verib. Qeyd edib ki, mikromobilliyin tətbiqi əhalinin mobilliyini artırmaq, şəhər mərkəzlərində nəqliyyat yükünü azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Dünyanın bir çox şəhərlərində olduğu kimi, paytaxt Bakıda da nəqliyyat sıxlığının aradan qaldırılması, velosiped, elektrik mühərrikli kiçik nəqliyyat vasitələri istifadəçiləri və digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə işlər görülür. İndiyədək Bakı şəhərində 31 küçə və prospektdə mikromobillik zolağı təşkil edilib. Bu zolaqların 100 km-ə çatdırılması nəzərdə tutulur.

Daha sonra Bakı şəhərində mikromobilliyin təkmilləşdirilməsinə dair həyata keçirilməli olan tədbirlər barədə tələbələrlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

Tədbirin sonunda BDU ərazisində təlimçilərin iştirakı ilə velosiped turu təşkil olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026