AYNA BDU-da mikromobilliyin əhəmiyyətinə dair seminar keçirib

07/03/2025

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə “Dayanıqlı şəhər mobilliyi, şəhərlərdə mikromobilliyin əhəmiyyəti, Bakı şəhərində bu istiqamətdə görülmüş və planlaşdırılan işlər” mövzusunda seminar keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Səbinə Muxtarova bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, Universitetin sosial layihələrindən bəhs edib.

AYNA-nın Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov seminarda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barədə tələbələrə məlumat verib. Qeyd edib ki, mikromobilliyin tətbiqi əhalinin mobilliyini artırmaq, şəhər mərkəzlərində nəqliyyat yükünü azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Dünyanın bir çox şəhərlərində olduğu kimi, paytaxt Bakıda da nəqliyyat sıxlığının aradan qaldırılması, velosiped, elektrik mühərrikli kiçik nəqliyyat vasitələri istifadəçiləri və digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə işlər görülür. İndiyədək Bakı şəhərində 31 küçə və prospektdə mikromobillik zolağı təşkil edilib. Bu zolaqların 100 km-ə çatdırılması nəzərdə tutulur.

Daha sonra Bakı şəhərində mikromobilliyin təkmilləşdirilməsinə dair həyata keçirilməli olan tədbirlər barədə tələbələrlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

 

 

 

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026