“Azerbaijan Fish Farm” şirkəti BDU tələbələri üçün təlim keçirib

13/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun və “Azerbaijan Fish Farm” şirkətinin birgə təşkilatçılığı ilə IV kurs tələbələri üçün “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda təlim keçirilib.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov iştirakçıları sektorun fəaliyyət istiqamətləri, tələbə və məzunların karyera quruculuğu istiqamətində yaradılan imkanlarla tanış edib.

Təlimçi, “Azerbaijan Fish Farm” şirkətinin əməkdaşı Ülviyyə Cəfərova bildirib ki, beynəlxalq satış üzrə mütəxəssis xarici ticarət əlaqələrinin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması, mövcud, potensial partnyor və müştərilərlə ticarət əlaqələrinin inkişaf etdirilməsi, ixrac əməliyyatları və xidmətlər üzrə müqavilələrin hazırlanması, nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması kimi prosesləri koordinasiya və icra edir.

Daha sonra təlimçi tələbələri şirkətin təcrübə proqramları ilə yaxından tanış edib, onların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026