AzerGold BDU-da təlim keçib

24/12/2021

Bakı Dövlət Universitetində  AzerGold Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri ilə görüş keçirilib. Görüşdə QSC-nın insan resursları üzrə baş mütəxəssisi Valid Əliyev Geologiya fakültəsinin bakalavriat səviyyəsi üzrə III kurs və magistratura səviyyəsi üzrə I kurs tələbələrinə təlim keçib.

Əvvəlcə AzerGold QSC-nin fəaliyyəti barədə tələbələrə məlumat verilib. Təlim çərçivəsində AzerGold QSC-də yeni layihələr, təqaüd və təcrübə proqramları və işə qəbul prosesindən bəhs olunub. Qeyd edilib ki, dayanıqlı və davamlı inkişaf perspektivlərinə malik olması AzerGold QSC-nin uzunmüddətli işlə təmin edə biləcək işəgötürən kimi qiymətləndirilməsinə əsas verir. Şirkətdə mühəndislik, metallurgiya, geologiya, maliyyə və digər sahələrdə peşəkar karyera imkanları təklif edilir.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda sual-cavabda fəal iştirak edən tələbələrə AzerGold QSC-nin hədiyyələri təqdim olunub.

 

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026