“AzerGold” QSC BDU-nun tələbələri üçün onlayn seminar keçirib

19/04/2021

“AzerGold” QSC-nin mütəxəssisləri Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “İstehsalat və xidmətin təşkili zamanı yaranan tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsinin təşkili” mövzusunda onlayn seminar keçirb. Seminarda BDU-nun Geologiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin tələbələri və magistrantları iştirak ediblər. Seminarda tələbələrə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, müəssisələrdə ekoloji monitorinq, ekspertiza, tullantıların idarə olunması, ətraf mühitə təsirlərin azaldılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

BDU və “AzerGold” arasında imzalanmış 2021-ci il üzrə əməkdaşlığa dair Fəaliyyət Planına uyğun olaraq keçirilən tədbirdə, həmçinin, “AzerGold” QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və İnsan resurslarının idarəolunması şöbəsinin əməkdaşları tələbələrin suallarını cavablandırıblar.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026