“Azərbaycan – gözəl diyar!”

02/10/2012

“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birlik, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı ilə birgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan – gözəl diyar!” adlı layihəni icra edir.

Layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələrin Azərbaycanın tarixini və mədəniyyətinı tanıtdırmaqdır. Layihə çərçivəsində əcnəbi tələbənin ölkəmizin regionlarına səfərlər gercəkləşdirilir.

29 – 30 sentyabr 2012-ci il tarixində ilk səfər Lənkəran şəhərinə təşkil olundu. Səfər çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Birliyinin təşkilati dəstəyi ilə əcnəbi tələbələrə Azərbaycan, Qarabağ həqiqətləri haqqında kitablar, bayraqlar hədiyyə olundu. Qeyd edək ki, Lənkəranda Azərbaycanda təhsil alan əcnəbi tələbələr Heydər Əliyev mərkəzi, Həzi Aslanovun ev muzeyi, Lənkəran Tarix Diyarşünaslıq muzeyi, Dairəvi Qala abidə kompleksi, Lənkəran Dövlət Dram Teatrı ilə tanış oldular. Lənkəran Gənclər evində isə tələbələr Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ilə və region gəncləri ilə görüşü həyata keçirildi.

Qeyd edək ki, layihədə Nigeriya, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya, Yaponiyadan olan və Azərbaycanda təhsil alan əcnəbi tələbələr layihədə iştrak edir. Həftənin sonu 6 – 7 oktyabr 2012-ci il tarixlərində növbəti səfər Gəncə şəhərinə təşkil olunacaq.

Mətbuat və informasiya şöbəsi, 02 oktyabr 2012-ci il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026