Azərbaycan alimlərinin növbəti uğuru

02/07/2018

22-24 iyun tarixlərində Sinqapurun Nanyan Universitetində beynəlxalq konfrans keçirilib. Konfransın təşkilat üzvləri sırasında olan Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyevanın elmi fəaliyyəti haqqında konfransın rəsmi saytında geniş məlumat verilib.

Adıçəkilən konfransda  iştirak edən hesablama riyaziyyatı kafedrasının dosenti Mehriban İmanovanın plenar iclasın əsas çıxışçısı kimiməruzəsi maraqla qarşılanıb və konfransın rəsmi saytına daxil edilib. Dosent M.İmanova Yunanıstan, Fransa, Avstriya, Niderland və s. kimi ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycan riyaziyyat elmini ləyaqətlə təmsil edib və bu ilin fevralında dünyanın elm məbədlərindən biri hesab olunan Kembric Universitetinin keçirdiyi konfransda da uğurla çıxış edib.

Hesablama riyaziyyatı kafedrasının digər əməkdaşı, АМЕА-nın müxbir üzvü, professor Vaqif İbrahimov isə Oksford Universitetinin 2019-cu ildə keçiriləcək konfransında plenar iclasın əsas çıxışçısı kimi qeydə alınıb və məruzəsi ilə bağlı video çarx həmin konfransın saytında yerləşdirilib.

Qeyd edək ki, Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Q.Mehdiyeva, professor V.İbrahimov və M.İmanova AMEA-nın müxbr üzvü, professor Yəhya Məmmədovun banisi olduğu Hesablama riyaziyyatı elmi məktəbinin yetirmələridir.

 

Mətbuat və informasiya şöbəsi, 02 iyul 2018-ci il

Xəbərlər

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür
15/04/2026

BDU-da Zəngəzurun etno-mədəni irsi araşdırılır

BDU-da Zəngəzurun etno-mədəni irsi araşdırılır
14/04/2026

BDU-nun Tələbə Gənclər Təşkilatının “5 Days Urban Weeks” layihəsi başa çatıb

BDU-nun Tələbə Gənclər Təşkilatının “5 Days Urban Weeks” layihəsi başa çatıb
14/04/2026