Azərbaycan Britaniya Kollecinin şagirdləri BDU-nun Fizika fakültəsində

24/04/2024

Azərbaycan Britaniya Kollecinin IX-XI siniflərinin bir qrup şagirdi Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində olub.

BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev BDU-nun tarixi, tədris və elmi fəaliyyəti, eləcə də fakültənin tanınmış məzunları, elmi nailiyyətləri barədə məlumat verib.

Şagirdlər fakültənin tədris laboratoriyalarındakı cihazlar, onların iş prinsipi, aparılan tədqiqatlarla tanış olublar. Şagirdlər tərəfindən bəzi laboratoriya təcrübələrinin aparılmasına şərait yaradılıb. Daha sonra onlar Universitetin Qafqazda ilk və yeganə olan “Genetika və təkamül” muzeyinə baş çəkib, buradakı eksponatlarla tanış olublar.

Sonda BDU-nun Fizika fakültəsi ilə Azərbaycan Britaniya Kolleci arasında əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026