Azərbaycan dili və nitq mədəniyyəti kafedrası elmi seminar keçirib

12/12/2016

Filologiya fakültəsi Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları və Hüquq fakültəsi tələbələrinin birgə iştirakı ilə «Multikulturalizm Azərbaycançılığın tərkib hissəsi kimi» mövzusunda elmi seminar keçirilib. Öncə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Səidə Abbasova seminarın əhəmiyyətindən, ölkəmizin bütün sahələrdə olduğu kimi, multikulturalizm sahəsində də dünyaya örnək olmasından söz açıb.

Seminarda kafedranın dosenti Zöhrə Nəbiyeva prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, minlərlə şifahi və yazılı ədəbiyyat nümunələrimiz bir daha sübut edir ki, multikulturalizm qədim zamanlardan  xalqımızın bir növ həyat tərzi olub. Sovet dönəmində bir qədər sistemsiz mahiyyət daşısa da, məhz ulu öndər Heydər Əliyev çoxmədəniyyətlilik ənənəsini davam və inkişaf etdirərək onu ən yüksək mərhələyə qaldırıb.

Sonra  tələbələrdən Elxan Əliyev «Heydər Əliyev Fondunun Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbligi ilə bağlı möhtəşəm layihələri», Jalə Rəfiyeva «Azərbaycan dünyanın multikulturalizm mərkəzi kimi», Ləman  Sadıqova «Multikulturalizm Azərbaycanda dövlət siyasəti və cəmiyyətin həyat tərzidir», Nurlan Kərimov «Multikulturalizmin modeli haqqında», Fail İbrahimov «Qərb və Şərq multikulturalizminin fərqli və oxşar cəhətləri», Kənan Xəlilov «Azərbaycan multikultural dövlət kimi» mövzularında maraqlı məruzələrlə çıxış ediblər.

Bu il 700 bal toplayaraq BDU-nun tələbəsi olan, prezident təqaüdçüsü Elvin İsayev isə qeyd edib ki, ölkəmiz həm də multikulturalizm sahəsində dünyaya Azərbaycan standartını tanıda bilib.

Mətbuat və informasiya şöbəsi, 12 dekabr 2016-cı il.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib
09/07/2026