Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında dəyirmi masa keçirilib

13/12/2017

Bu gün Filologiya fakültəsi Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında Respublikanın aparıcı ali təhsil müəssisələri olan Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Sumqayıt Dövlət Universiteti dilçi müəllimlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

Görüşdə BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosentləri Səidə Abbasova, Sultan Seyidova, Zöhrə Nəbiyeva, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, professor Adil Babayev və Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimləri Mayquba Şirinova və Arzu Bayramova iştirak ediblər.

Görüşdə Azərbaycan dilinə dövlət qayğısı, nitq mədəniyyətinin artan rolu və ona yiyələnmə yolları haqqında, ədəbi dilimizin şifahi və yazılı formaları, nitq mədəniyyətinin başqa elm sahələri ilə inteqrasiyası ilə bağlı maraqlı müzakirələr olunub. Dəyirmi masada Azərbaycan dili və nitq mədəniyyəti ilə bağlı yeni nəşr olunmuş dərsliklər də müzakirə olunub.


Mətbuat və informasiya şöbəsi, 13 dekabr 2017-ci il.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026