Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları şeir müsabiqəsində

31/05/2018

Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Səidə Abbasova AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Atatürk Mərkəzinin təşkilati dəstəyi, "Müasir İnkişaf» və "Gənclərin Töhfəsi" ictimai birliklərinin təşkilatçılığı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş şagirdlər arasında vətənpərvərlik mövzusunda keçirilən şeir müsabiqəsində münsif qismində iştirak edib. Üç mərhələdən ibarət olan müsabiqənin münsiflər heyətinə  millət vəkili, akademik Nizami Cəfərov sədrlik edib. Müsabiqənin keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, şagirdlərdə  yüksək nitq mədəniyyətinin formalaşması olub. Müsabiqədə 250 şagird iştirak edib. Onlardan 20 nəfər III mərhələyə keçib və sonda 3 nəfər qalib olub. Müsabiqənin final mərhələsində Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimləri də fəal iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 31 may 2018-ci il.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026