Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş faciədən 11 il ötür

30/04/2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilən terror aktının növbəti ildönümüdür. Dəhşətli hadisədən 11 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da səhər saat 9:30 radələrində keçmiş Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri Dilarə Əliyeva küçəsində qaz-neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusunda baş verib. Universitetin binasına daxil olan Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Gülləyə tuş gələnlər arasında ADNA-nın professorları, müəllimləri, texniki işçiləri və tələbələri olublar. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.
Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da ADNA-da baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və xəsarət alanlara maddi yardım göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.

Hazırda Azərbaycan Dövlət Neft Akademiyası yeni - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adı altında fəaliyyətini davam etdirir. 2017-ci ilin ilin fevralında universitetdə  terror aktının qurbanlarının xatirəsinə memorial quraşdırılıb.

Baş verən bu terror hadisəsindən ölən və yaralananların yaxınları ilə yanaşı bütün ölkə sarsıldı. Bakı Dövlət Universiteti olaraq hadisədə ölənlərin ailə və yaxınlarının kədərini bölüşür, belə bir terror hadisənin bir daha baş verməməsini diləyirik. 11 il əvvəl baş vermiş dəhşətli terror hadisəsi hər kəsin qəlbində dərin iz buraxıb. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq.

Allah bu anları bir də bizə yaşatmasın…

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024