Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş faciədən 12 il ötür

30/04/2021

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilən terror aktından 12 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da səhər saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri Dilarə Əliyeva küçəsində Qaz-neft mədən və Neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusunda baş verib. Universitetin binasına daxil olan Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Gülləyə tuş gələnlər arasında ADNA-nın professorları, müəllimləri, texniki işçiləri və tələbələri olublar. Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da ADNA-da baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və xəsarət alanlara maddi yardım göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.

2017-ci ilin ilin fevralında universitetdə  terror aktının qurbanlarının xatirəsinə memorial quraşdırılıb.

12 il əvvəl baş vermiş dəhşətli terror hadisəsi hər kəsin qəlbində dərin iz buraxıb. Allah rəhmət eləsin!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024