Azərbaycan elm tarixində ilk elmi jurnaldIr ki, Thomson reytinq cədvəlinə düşüb.

14/05/2008

Bakı Dövlət Universitetinə sevindirici bir xəbər daxil olub. Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu da təsisçi olduğu "Applied and Computational Mathematics" beynəlxalq jurnalı elmi məqalələrə istinad kriteriyası üzrə qiymətləndirilərək baş ofisi ABŞ-da yerləşən «Thomson Reuters Agency» təşkilatının reytinq cədvəlinə daxil edilmişdir.

Qeyd edək ki, «Thomson Reuters Agency» bütün dünyanın alim və tədqiqatçılarını ən yüksək səviyyəli məlumatlar bazasi ilə təmin etmək məqsədi ilə 45 il bundan əvvəl yaradılmışdır. Bu təşkilat bütün dünya üzrə seçilmiş elmi jurnalları, bu jurnallarda dərc olunmuş məqalələrə istinad kriteriyası ilə qiymətləndirərək onların reytinq cədvəlini (impact factor) tərtib edir.

Azərbaycan elm tarixində ilk elmi jurnaldır ki, Thomson reytinq cədvəlinə düşüb. Bu hadisə Azərbaycan elminin dünya elminə inteqrasiyasının bariz nümunəsidir. Onu da qeyd edək ki, bu əlamətdar hadisə redaksiya heyətinə daxil olan Azərbaycan alimlərinin ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə töhfəsidir.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026