“Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” adlı elmi konfrans

11/11/2015

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” adlı elmi konfrans keçirilib. Fakültə dekanı, dosent Məhərrəm Vəliyev Təhsil Nazirliyinin verdiyi əmrə əsasən keçirilən elmi konfransın əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin “Xalqımızın mənəviyyatını qorumağı və zənginləşdirməyi başlıca amilə çevirməliyik” sözlərini xatırladaraq prezident İlham Əliyevin dövlətimizin milli-mənəvi dəyərlərimizə, ənənələrimizə verdiyi önəmi vurğulayıb.

Şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova öz çıxışında filologiya fakültəsi olaraq milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürüb. Bu dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, Azərbaycan xalçasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyini vurğulayıb.
Daha sonra milli dəyərlərimizi özündə əks etdirən video-çarx göstərilib və fakültə tələbələrini ifasında milli musiqimizdən ifalar səsləndirilib. Konfransa məqalə verən iştirakçıların çıxışları dinlənilib. Sonda konfrans iştirakçılarından bəziləri mükafatlandırılıb.

Mətbuat və informasiya şöbəsi, 11 noyabr 2015-ci il.


Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026