“Azərbaycan günü” tədbirlərinə start verilib

02/03/2015

“Azərbaycan günü” tədbirlərinin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.

Açılış mərasimində iştirak edən “Kampus Frans” Agentliyinin direktoru Antuan Qrassən “Azərbaycan günü”nün əhəmiyyətini vurğulayıb. İkitərəfli təhsil əlaqələrin inkişafında maraqlı olduqlarını bildirən agentlik rəhbəri bu mühüm tədbirdə Azərbaycanın 10-a yaxın aparıcı universitet rəhbərlərinin iştirak etdiyini və bunun iki ölkənin təhsil sahəsindəki əməkdaşlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye iki dövlət arasında ən yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu və əlaqələrin son illər nəzərəçarpacaq dərəcədə genişləndiyini vurğulayıblar.
Strasburq Universitetinin prezidenti Alen Beretz ikili proqramlar, tələbə-müəllim mübadiləsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanlarından söz açıb. A.Beretz tədbirin davamı olaraq bu ilin mart ayında Fransa təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Kampus Frans” Agentliyinin rəhbərliyinə Azərbaycan və Fransa ali təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən belə bir tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından təşəkkürünü bildirib.
İki ölkə arasında tarixi münasibətləri və son illər Azərbaycan-Fransa əlaqələrinin genişləndiyini vurğulayan F.Qurbanov ümummilli lider Heydər Əliyevin Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bu siyasətin hazırda ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.
Nazir müavini ölkəmizin sosial-iqtisadi inkişafı barədə geniş məlumat verib. Son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işləri, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirləri, ali təhsil sahəsində ən mühüm təşəbbüslərdən olan SABAH qruplarının yaradılmasını nəzərə çatdıran F.Qurbanov eyni zamanda azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində, o cümlədən Fransanın ali məktəblərində də uğurla təhsil aldıqlarını qeyd edib.
Sonra Fransa universitetləri nümayəndələrinin iki ölkənin təhsil sahəsində əməkdaşlığına dair çoxsaylı sualları cavablandırılıb.
Tədbirdə “Kampus Frans” Agentliyinin və Fransa ali təhsil müəssisələrinin rəhbər şəxsləri Fransada təhsil imkanları, mövcud əməkdaşlıq layihələri barədə təqdimatlar ediblər.
“Azərbaycan günü” tədbirlərinə qatılan Fransa universitetlərinin azərbaycanlı tələbələri təhsil aldıqları ali məktəblər haqqında məlumat veriblər.

Mətbuat və İnformasiya şöbəsi, 02 mart 2015-cü il.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024