"Azərbaycan gəncliyi beynəlxalq arenada" adlı tədbir keçirilib

29/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat, Coğrafiya və Şərqşünaslıq fakültələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə "Azərbaycan gəncliyi beynəlxalq arenada" adlı onlayn tədbir keçirilib. Tədbir "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində baş tutub.

Filologiya fakültəsinin I kurs tələbəsi Ruslan Babayevin moderatorluğu ilə keçirilən tədbirdə Coğrafiya fakültəsinin TGT sədri Mədinə Quluzadə çıxış edərək Azərbaycan gənclərinin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələrindən bəhs edib, BDU tələbələrinin bu sahədəki uğurlu fəaliyyətindən danışıb.

Tədbir Şərqşünaslıq fakültəsi TGT sədri​ İmran Sayılov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Nigar Allahverdiyevanın çıxışları ilə davam edib. Çıxışlarda beynəlxalq aləmdə Azərbaycan mədəniyyəti, tarixi və həqiqətlərinin tanıdılması işində, beynəlxalq konfrans, seminar və tədbirlərdə Azərbaycan gəncliyinin fəal iştirak etdiyi diqqətə çatdırılıb.

Sonda mövzu ilə bağlı diskussiya keçiriib, tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026