«Azərbaycan Müəllimi” qəzetinin Tədris Elektron Mərkəzindən reportajı

03/12/2012

Azərbaycan Respublikası Təhsil Nazirliyinin organı olan «Azərbaycan Müəllimi” qəzetinin 30 noyabr sayında ”Bakı Dövlət Universitetinin Tədris Elektron Mərkəzi” sərlövhəsi altında bir səhifəlik məqalə dərc edilib. Yazıda qeyd olunur ki, respublikamızın ali təhsil müəssisələri arasında böyük nüfuza malik olan Bakı Dövlət Universiteti 2006-cı ildə Boloniya prosesinə qoşulmuş və universitetdə bu istiqamətdə bir çox işlər görülmüşdür. Təhsil təşkilatçıları arasında öz novatorluğu və təşəbbüskarlığı ilə seçilən BDU-nun rektoru, akademik Abel Məhərrəmovun səyi nəticəsində bakalavriat və magistratura pillələrində Boloniya prosesinin prinsiplərinin həyata keçirilməsinə, kredit sisteminin və gələcəkdə distant təhsilin tətbiqinə, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsinə daha ciddi nəzarət məqsədilə 2010-cu ilin dekabr ayında BDU-nun Böyük Elmi Şurasının qərarı və  rektorun müvafiq əmrinə əsasən universitetdə Tədris Elektron Mərkəzi (TEM) yaradılmışdır.

Məqalədə TEM-in strukturu, mərkəzin tədris prosesinə, dərs yükünün bölgüsü və yerinə yetirilməsinə, İmtahan sessiyasının keçirilməsinin təşkili və ona nəzarəti barədə geniş məlumat verilib. Bundan başqa, məqalədə TEM-də fəaliyyət göstərən testlərin sistemləşdirilməsi və ekspertizası qrupu, tyutorların işinin əlaqələndirilməsi və ona nəzarət, mərkəzin proqram təminatı və texnoloji xidməti, statistik məlumatlar qrupu barədə söz açılır. Yazıda, həmşinin qeyd edilir ki, Bakı Dövlət Universitetində 2008-ci ildən başlayaraq Avropa Birliyinin "Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı" layihəsi çərçivəsində Boloniya prosesinin prinsiplərinin və "Virtual Universitet"in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları başlanmış və nəticədə BDU və digər ali təhsil ocaqları üçün 146 tyutor (akademik məsləhətçi) hazırlanmışdır. Hazırda BDU-da 100-ə yaxın tyutor çalışır.

Məqalədə BDU-da professor-müəllim heyəti və tələbələrin TEM haqqında fikirləri də geniş yer alıb. Yazı müəllifi belə qənaətə gəlir ki, BDU-da yaradılmış TEM yeni yaranmasına baxmayaraq, obyektiv və intizamlı fəaliyyətinə görə istər müəllimlərin, istərsə də tələbələrin rəğbətini qazanmışdır və bu ali təhsil ocağının sürətlə inkişafında müstəsna rol oynayır.

 

Daha ətraflı aşağıdakı linkdə:

http://www.muallim.edu.az/arxiv/2012/47/20.htm

Mətbuat və İnformasiya şöbəsi, 3 dekabr 2012-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024