“Azərbaycan mətbuat tarixinin Cümhuriyyət dövrü” mövzusunda elmi seminar

20/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib. TEC-in elmi rəhbəri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova keçirilən elmi semianrların əhəmiyyətindən danışıb, seminarın mövzusu haqqında məlumat verib.

Fakültənin ingilis bölməsində təhsil alan 3-cü kurs tələbəsi Ləman Qasımova “Azərbaycan mətbuat tarixinin Cümhuriyyət dövrü” mövzusunda təqdimatla çıxış edərək həmin dövrün ictimai-siyasi hadisələrini təbliğ edən qəzetlərdən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli istiqlal ideyalı mətbuat orqanlarının fəaliyyətindən bəhs edib. Məruzədə 1917-ci ilədək fəaliyyət göstərən “Açıq söz” qəzetinin yalnız milli mətbuat tarixində deyil, eyni zamanda xalqımızın azadlıq mübarizəsi tarixində də əhəmiyyətli rol oynadığı qeyd olunub.

Seminar mövzu ətrafında müzakirə ilə başa çatıb.

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026