Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb

01/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Texnologiya və biz” adlı tədbir keçirilib. Tədbirin qonağı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz olub.

Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev qonağı tələbələrə təqdim edərək onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

Osman Gündüz çıxışında internetin yaranma tarixi, inkişaf mərhələləri və süni intellektin həyatın müxtəlif sahələrinə təsirindən bəhs edib. O, klassik və ənənəvi medianın zamanla transformasiyaya uğradığını qeyd edərək müasir jurnalistikada faktların dəqiqliyi və analitik yanaşmanın vacibliyini vurğulayıb. Osman Gündüz süni intellektin media sahəsinə də təsir göstərdiyini vurğulayıb, redaksiyaların getdikcə kiçildiyini və iş prinsiplərinin dəyişdiyini bildirib. Qeyd edib ki, rəqəmsal texnologiyalar jurnalistlərdən daha çevik, çoxşaxəli və texnoloji biliklərə açıq olmağı tələb edir. Jurnalistlər sadəcə məlumatı ötürməklə kifayətlənməməli, onu düzgün təhlil etməyi və auditoriyaya düzgün şəkildə çatdırmağı bacarmalıdırlar.

Osman Gündüz süni intellektdən düzgün və balanslı istifadənin vacibliyini qeyd edərək bildirib ki, yalnız bu texnologiyaya əsaslanan və standart xəbərlər hazırlayan media nümayəndələrinə gələcəkdə tələbat azalacaq.

Tədbirin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
09/06/2026

Misirin Azərbaycandakı səfiri BDU-da

Misirin Azərbaycandakı səfiri BDU-da
09/06/2026