Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin Inkişafı Fondu

14/07/2010

Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin Inkişafı Fondu Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan fiziki şəxslərin, bir elmi möbzu ətrafında müvəqqəti yaradılmış yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə cari ilin elmi prioritetinə uyğun olaraq, qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqəni (EİF-2010-1) elan etmişdir.

Bununla bağlı 16 iyul 2010-cu il tarixində saat 11-də Bakı Dövlət Universitetinin yeni tədris korpusunun dairəvi akt zalında (I mərtəbə) Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru Elçin Babayev ilə görüş keçiriləcəkdir.

Arzu edənlər iştirak edə bilərlər.

Xəbərlər

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
25/11/2026

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
25/11/2026

BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib

BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib
25/11/2026