“Azərbaycanı tanıyaq” gənclərarası intellektual yarışı başa çatıb

15/11/2016

Turqut Şabanoğlu layihə barədə məlumat verib, ölkədə aparılan gənclər siyasətindən, o cümlədən gənclərin  bu istiqamətdə fəal iştirakından, hərtərəfli inkişaf üçün münbit şəraitin yaradılmasından bəhs edib.

Layihənin bağlanış mərasimində iştirak edən qonaqlar  Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Seymur Cəfərov, həmçinin Gəncə Dövlət Universitetinin  müəllimi, tarixçi-ekspert Ümid İsmayılov bu tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırılmasına, həm də ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasına müsbət təsirindən danışıblar.

Yarışda hər birində  4 nəfər olmaqla 20 komanda iştirak edib.Üçmərhələdən ibarət yarışda Azərbaycanın mədəniyyəti, coğrafiyası, ədəbiyyatı, adət-ənənələri, vətənpərvərlik mövzularını əhatə edən, “Nə? Harada? Nə zaman?” intellekual oyun formatında hazırlanmış 36 sual səsləndirilib. Nəticədə “Tarixçilər” I, “Mərkəzi Aran” II, “Elprimero” komandası isə III yerə layiq görülüb.

Sonda qalib gəlmiş və fəal iştirak etmiş komandaların üzvləri diplom, sertifikat və hədiyyələrlə təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 15 noyabr 2016-cı il.

Xəbərlər

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq
01/09/2026

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib
01/09/2026