“Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil problemləri” mövzusunda tədbir keçirilib

04/04/2018

Bakı Dövlət Universitetinin  Filologiya fakültəsinin “Azərbaycan dili və nitq mədəniyyəti” kafedrasının əməkdaşları və Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinin iştirakı ilə  “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil problemləri” mövzusunda tədbir keçirilib. Tədbirin təşkilatçısı, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Ofelya Piriyeva ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olmasını dəfələrlə bəyan etməsini, prezident İlham Əliyevin 2018-ci ilin Respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə bağlı sərəncamını xatırladıb. O, AXC-nin yaranması tarixinin önəmindən, həmin dövrdə olan dil problemlərindən bəhs edib.

Daha sonra çıxış edən tələbələr – Sadiq Əhmədli, Fidan Mirzəyeva, Rəbiyyə Hümbətli, Məhəmməd Mustafayev AXC-nin fəaliyyət göstərdiyi iki il ərzində Azərbaycan dilinin dövlət dili kimi inkişafından, onun təhsil və tədrisdə yeri, məktəblərin milliləşdirilməsi məsələlərindən bəhs edib, həyata keçirilən islahatlarda danışıb, ali təhsil müəssisələrinin flaqmanı olan Bakı Dövlət Universitetinin Cümhuriyyət dövründə təsis edildiyini bildiriblər.

Tədbir Kitabxanaçılıq və informasiya fakültəsi tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

Sonda tələbələrdən Şəms Əliyeva, Arzu Abbasova və Sabrina Ələkbərova AXC-yə həsr olunmuş şeirlər səsləndiriblər.

 

BDU-nun Mətbuat və informasiya şöbəsi, 4 aprel 2018-ci il.


Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024