Azərbaycanda “15 iyul”la bağlı ilk kitab nəşr olunub

06/09/2018

Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının magistrantı, AzNews.az informasiya portalının beynəlxalq xəbərlər müxbiri Nurlan Ağanın “15 iyul” və media” kitabı nəşr olunub.

Kitab Nurlan Ağanın Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrası üzrə yerinə yetirdiyi “Türkiyədə 15 iyul hərbi çevrilişi cəhdi və Azərbaycan KİV-i (15.07.2016 – mart 2017)” adlı buraxılış işinin təkmilləşdirilmiş və əlavələr edilmiş versiyası olaraq hazırlanıb. Kitabda qonşu ölkənin müasir siyasi tarixində geniş əks-səda doğurmuş hadisə olan “15 iyul” hərbi çevrilişinə cəhdinin Türkiyə və Azərbaycan mətbuatı, onlayn və sosial mediası, ümumilikdə KİV-ində işıqlandırılması və həmin materialların təhlilindən bəhs olunur. Burada həmçinin “15 iyul”a gələn yola qədər Türkiyədə siyasi jurnalistikanın təşəkkül və inkişafı məsələlərinə də toxunulur. Kitab siyasi və ictimai elmlər sahəsində çalışan tədqiqatçılar, jurnalistika fakültələrində təhsil alan tələbələr, magistrantlar, media nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda bu mövzuda yazılmış ilk kitabdır.

Mətbuat və informasiya şöbəsi, 06 sentyabr 2018-ci il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026