BDU-nun tələbələri Birinci Milli BMT Modeli Konfransında (MilliMUN) uğurla iştirak ediblər

25/02/2016

BDU-nun tələbələri Birinci Milli BMT Modeli Konfransında (MilliMUN) uğurla iştirak ediblər. Konfrans çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) 5 komitəsinin işi simulyasiya edilib. 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 350 nəfər gəncin diplomat qismində iştirak etdiyi MilliMUN konfransında “BMT sisteminin gücləndirilməsi və onun əsas institutlarının reforması” (BMT Baş Assambleyası),  “Dağlıq Qarabağ münaqişəsi” (BMT Təhlükəsizlik Şurası), “Müharibə və terrorist hücumları zamanı tarixi yer və mədəni irsin müdafiəsi” (YUNESKO), “Qaçqın böhranı çağırışlarına davamlı həllərin yaradılması” (BMT Qaçqınlar üzrə Ali Komissarlığı), “Fərdi rəqəmli məlumatların təhlükəsizliyinin təmin edilməsi” (Beynəlxalq Telekommunikasiya Ittifaqı) mövzuları müzakirə edilib.

Konfransda Bakı Dövlət Universitetinin 30 tələbəsi komitə rəhbəri, ölkə nümayəndəsi və könüllü qismində iştirak edib. BDU-nun BMT klubunun (Baku State University Model United United Nations club) vitse-presidenti, Hüquq fakültəsinin 3-cu kurs ingilis bölməsinin tələbəsi Nadir Mehdiyev YUNESKO komitəsində komitə direktoru kimi fəaliyyət gostərib.Tələbələrimizdən ikisi xüsusi iştirakına görə fərqlənmə sertifikatına layiq görülüblər. BDU BMT klubunun prezidenti, Hüquq fakültəsinin 3-cu kurs SABAH qrupu tələbəsi Faiq İsazadə aktiv iştirakına görə “Honorable mention” sertifikatıyla, klubun dizayn və marketing departamentinin rəhbəri Hüquq fakultəsinin 3-cu kurs SABAH qrupu tələbəsi Bəhlul Yusifli isə “The Best position paper“  sertifikatı ilə təltif olunublar.

Konfrans Azərbaycan Respublikası Höküməti ilə BMT-nin İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli (MUN) hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. Bu istiqamətdə artıq bir sıra işlər görülüb – ali təhsil müəssisələrində BMT Modeli haqqında təqdimatlar keçirilib, MUN klubları yaradılıb, universitet səviyyəsində və universitet arası konfranslar təşkil edilib. Sosial media şəbəkələri və kütləvi informasiya vasitələrində müvafiq təbliğat işi aparılıb.

BDU-nun BMT klubunun fəaliyyəti ilə maraqlananlar bu ünvanla əlaqə saxlaya bilərlər: bsumunclub@gmail.com

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024