Azərbaycanda ilk dəfə elm festivalı keçirilir

11/11/2014

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə keçirilən və iki gün davam edəcək festivalın açılış mərasimi “Akademiya şəhərciyi”də, AMEA-nın əsas binasında baş tutub. Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin təşkilatı dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell”in sponsoru olduğu festivalı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk dəfə təşkil olunan Bakı Elm Festivalının ölkəmiz və elmimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini, həmçinin elmi nailiyyətlərin təbliğində önəmlin yer tutduğunu qeyd edib. Bildirib ki,elmimizin uğurlarının nümayiş olunduğu və hər il keçirilməsi planlaşdırılan festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları yüksək səviyyədə iştirak edir. Eyni zamanda, Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışan AMEA rəhbəri festivala hazırlıq prosesini yüksək qiymətləndirib, iştiakçılara uğurlar arzulayıb. Sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov, Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov festival haqqında fikirlərini bölüşüblər. Rektor Abel Məhərrəmov bu vaxta kimi 2 milyardlıq müsəlman dünyasından yalnız 2 nəfər Nobel mükafatı ala bildiyini söyləyən rektor qeyd edib ki, onlardan biri misirli, digəri isə pakistanlıdır. Elmi mühit yaradılarsa, müsəlman aləmindən də Nobel mükafatı alanların sayı çox olar. Bunun üçün Azərbaycanın elmi potensialı böyükdür deyən rektor elmin inkişaf perspektivlərindən danışıb.

Festivalın birinci günü proqrama daxil olan istiqamətlərdə muzeylərə ümumilikdə 8 elmi ekskursiya təşkil olunub. Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika və Ədəbiyyat institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və başqa təhsil müəssisələrində, eləcə də paytaxtın 6, 23 və 132-134 nömrəli orta məktəblərində də festivalın proqramlarını izləmək mümkün olub. Festivalın ikinci günündə ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı müzakirələr və əyləncəli elmi şouların nümayişi keçiriləcək.

Mətbuat və İnformasiya şöbəsi, 11 noyabr 2014-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024