AZƏRBAYCANIN QLOBAL ELMİ BAZAYA ÇIXIŞI mövzusunda seminar keçiriləcək

29/10/2013


Azərbaycan Milli Elmlər Akademiyası, Thomson Reuters və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 05 noyabr 2013-cü il tarixində “AZƏRBAYCANIN QLOBAL ELMİ BAZAYA ÇIXIŞI” mövzusunda seminar keçiriləcəkdir. Tədbirdə global elmi istinad bazasının (Web of Science) alimlər və elmi qurumlar üçün təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat veriləcək. Bu bazanın elmi-tədqiqat, elmi əməkdaşlıq və analitik təhlillər məqsədilə effektiv istifadəsi mümkündür.
Elmi təşkilatların rəhbərliyi,  alimlər, doktorantlar və dissertantlar seminarda iştirak etmək üşün dəvət olunurlar. Tədbirdə iştirak etmək istəyənlərin  03 noyabr 2013-cü il, saat 18:00-ə qədər  qeydiyyatdan keçməsi zəruridir. Qeydiyyat üçün əlavədəki formanı dolduraraq  iro@iit.ab.az  ünvanına  göndərməniz xahiş olunur.

İngilis-Azərbaycan dillərində sinxron tərcümə xidməti göstəriləcəkdir. Seminarda iştirak ödənişsizdir. İştirakçılar sertifikatla təmin olunacaq.

Əlaqəli şəxs: Marina Məmmədova  (Tel: 510 06 98,  e-mail: iro@iit.ab.az)

Təşkilatçılar: AMEA, Thomson Reuters,  AMEA İnformasiya Texnologiyaları İnstitutu
Sinxron tərcümə: İngilis-Azərbaycan dillərində
Tarix: 05 noyabr 2013-cü il
Saat: 10:00 - 13:00
Yer: AMEA İnformasiya Texnologiyaları İnstitutu (Ünvan: B.Vahabzadə 9), Böyük konfrans zalı.
Qeydiyyat üçün son tarix: 28 oktyabr 2013-cü il, saat 18:00
Ödəniş: Tələb olunmur
Sertifikat: Qeydiyyatdan keçən və seminarda tam iştirak edən iştirakçılara sonda sertifikat təqdim olunacaq.

Seminarın gündəliyi:
•           Azerbaijan Accessing Global Science Base
•           Azerbaijan Knowledge Repository Under IIT of ANAS
•           Development of Azerbaijan’s Science; ANAS and Thomson Reuters Cooperation
•           Experience of Turkey in Accessing to Global Science Base


Vugar Musayev
Head of International Relations Department,
Institute of Information Technology (IIT) of
Azerbaijan National Academy of Sciences (ANAS)
9, B.Vahabzada str. Baku, Azerbaijan
e-mail: iro@iit.ab.az , vugarmusa@gmail.com
Tel: +994 12 510 15 42
Mob:+994 55 410 50 25
Fax:+994 12 439 61 21

Qeydiyyat forması

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023