Azərbaycanlı alim DTHA-nın birinci vitse-prezidenti seçilib

03/10/2018

İsrailin paytaxtı Təl-Əviv şəhərində XXIV Dünya Tibbi Hüquq konqresi keçirilib. Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) tərəfindən İsrailin Səhiyyə Nazirliyi və Təl-Əviv Universitetinin dəstəyi ilə təşkil olunan konqresdə məhkəmə təbabəti və tibbi hüququn məhkəmə-tibbi ekspertiza, səhiyyə qanunvericiliyi və tibbi etika, həyatın başlanğıcında və sonunda olan hüquqi və etik məsələlər, reproduktiv texnologiyaların hüquqi və etik məsələləri, humanitar təbabət  kimi aktual elmi və praktiki problemləri müzakirə olunub. 2012-ci ildən Assosiasiyanın idarə heyətinin üzvü və vitse-prezidenti olan azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, tibb elmləri doktoru, hüquqşünas Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən biri seçilib.

Təşkilatın prezidenti, professor Tomas Noquçinin əmri ilə həmyerlimiz həmçinin Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin olunub. Konqresdə yalnız Azərbaycanlı alimlər deyil, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də fəal iştirak ediblər.

Qeyd edək ki, XXV Dünya Tibbi Hüquq Konqresinin 2019-cu il 6-8 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində DTHA tərəfindən Tokio və Vaseda Universitetlərinin dəstəyi ilə keçirilməsi nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 03 oktyabr 2018-ci il.


Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026