Azərbaycanlı alim nüfuzlu beynəlxalq jurnalın üzvü seçilib

30/05/2018

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov nüfuzlu beynəlxalq “Humanities and Social Science Research” (“Humanitar və sosial elmlər”) jurnalının redaksiya heyətinin üzvü seçilib.

“Humanities and Social Science Research” açıq girişli,  «double-blind» tipli rəydən keçirilən beynəlxalq elmi jurnaldır.  “IDEAS SPREAD” nəşriyyatı tərəfindən çap olunan jurnalda antropologiya, sosiologiya, siyasət, mədəniyyət, fəlsəfə, iqtisadiyyat, təhsil, menecment, incəsənət, psixologiya, arxeologiya, dilçilik, hüquq və siyasət, ədəbiyyat, fəlsəfə və din sahələri ilə bağlı elmi məqalələr nəşr olunur.

Jurnalın Böyük Britaniya və ABŞ daxil olmaqla, müxtəlif ölkələrdən nüfuzlu elm adamlarından təsis olunan redaksiya heyətinə ilk dəfə olaraq Azərbaycan elm adamı daxil edilir.

Qeyd edək ki, ölkəmizin tanınmış iqtisadçısı olan Amil Məhərrəmov, eyni zamanda, “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının həmredaktoru, “İqtisadi və siyasi elmlər” jurnalının redaksiya şurasının sədri, Yeddicildlik “Böyük İqtisadi Ensiklopediya”nın Baş redaktorunun müavini, Azərbaycan Kooperasiya Universitetinin “Kooperasiya” elmi-praktiki jurnalının redaksiya heyətinin üzvüdür.

Humanities and Social Science Research” açıq girişli, «double-blind» tipli rəydən keçirilən beynəlxalq elmi jurnaldır.


Mətbuat və informasiya şöbəsi, 30 may 2018-ci il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026