Azərbaycanlı deputatlar Kiprdə BDU-nun tələbələri ilə görüşüblər

27/07/2010

Bakı Dövlət Universiteti və Doğu Akdeniz Universiteti arasında imzalanmş anlaşma memorandumuna əsasən, universitetlər arasında tələbə mübadiləsinə şərait yaradılıb. İlk olaraq azərbaycanlı tələbələr yay tətilini səmərəli keçirmək və eyni zamanda ingilis dilini inkişaf etdirmək üçün Doğu Akdeniz Universitetinə yay məktəbinə gediblər. Universitetin dünyada çox məşhur turistik zona olan Kipr adasında yerləşməsi tələbələrin istirahəti üçün də geniş şərait yaradıb. Tələbələr adada qaldıqları 10 gün ərzində dərslərdən əlavə, həftə içi və sonlarında universitet rəhbərliyi tərəfindən adanın müxtəlif görməli yerlərinə təşkil edilən turlara qatılıblar.

BDU tələbələri yay məktəbi günlərində Kiprdə səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri Aynur Quliyeva və Qənirə Paşayeva ilə görüşüblər. Doğu Akdəniz Universitetinin rəhbərliyinin də qatildiğı görüşdə müxtəlif mövzular ətrafinda fikir mübadiləsi aparılıb.

Millət vəkili Qənirə Paşayeva azərbaycanlı tələbələrə dərslərində məsuliyyətli olmaq, tətillərini səmərəli keçirməklə bağlı məsləhətlər verib.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026