Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

28/11/2023

Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari ilə görüşüb.

Görüşdə Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Söhbət zamanı iki ölkənin müvafiq universitetləri arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsi və inkişafı baxımından qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi qeyd edilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, elm və təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tural Əhmədov, BDU-nun Tədrisin təşkili və idarə olunması Mərkəzinin rəhbəri Elçin Məmmədov iştirak ediblər.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026