Azərbaycanli gənclər Rondine sülh Şəhərciyində oxuyacaq

16/07/2010

Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev

İtaliyanın Arezzo şəhərində fəaliyyət göstərən Rondine sülh Şəhərciyi Assosiasiyasının prezidenti Franko Vakkarinin başçılıq etdiyi nümayəndə həyətini qəbul edib. Səfərin əsas məqsədi bu ilin may ayında İtaliya və Qafqaz ölkələrindən olan nümayəndələrin iştirakı ilə İtaliyada keçirilmiş Beynəlxalq konfrans zamanı qəbul edilmiş «Qafqazda sülh üçün 14 maddə» adlı sənədin ölkə ictimaiyyətinə təqdim edilməsi, eləcə də Assosiasiyanın Sülh şəhərciyinə qəbul ediləcək azərbaycanlı gənclərin seçilməsidir.

Beynəlxalq əlaqələr  üzrə prorektor, professor Elxan Hüseynov iki ölkənin ali məktəbləri arasında olan əlaqələrin bərpasından, onların inkişafından danışıb. İtaliyanın Qafqaza sülh arzuladığını alqışlayan prorektor, bu ölkəni ikili standartlardan uzaq olmağa çağırıb. Bildirib ki, Azərbaycana özgə torpağı lazım deyil, Qarabağa təklif olunmuş ən yüksək dərəcəli muxtariyyət statusu problemin həlli ola bilər.

Prezident Franko Vakkari isə bildirib ki, Rondine sülh Şəhərciyində münaqişə zonalarından olan bir çox əcnəbi tələbə yaşayır. Şəhərcik onların dostluq ruhunda formalaşmasına, mənən zənginləşməyə kömək edir. Şəhərcikdə tələbələr müxtəlif layihələrdə, konfranslarda iştirak edə, İtaliya dilini və ədəbiyyatını öyrənə bilərlər. «Qafqazda sülh üçün 14 maddə» sənədi müvafiq ölkələrin rəsmilərinə, o cümlədən Azərbaycanın İtaliyadakı səfirinə təqdim olunub. Nümayəndə həyətinin rəhbəri Azərbaycan gənclərini də Rondine şəhərciyinə cəlb etmək arzusunda olduğunu söyləyib.

Sonda prorektor, professor İsmayıl Əliyev qonağın bu təklifini bəyəndiyini, əməkdaşlıq barədə müvafiq sənədin imzalamasına hazır olduğunu söyləyib. Görüşdə həmçinin İtaliyadan gəlmiş nümayəndə həyətinin üzvləri, o cümlədən tələbələr və BDU-nun əməkdaşları çıxış ediblər.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024