“Azərbaycanın Landşaftlarının Tədqiqi” adlı yay məktəbi

26/08/2015

Bakı Dövlət Universiteti ilə Qrayfsvald Universitetinin birgə əməkdaşlığı çərçivəsində bu universitetlərin müəllim və tələbələrdən ibarət 35 nəfərlik heyətin iştirakı və GİZ-nin (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) dəstəyi ilə 24 avqust – 06 sentyabr 2015-ci il tarixlərində “Azərbaycanın Landşaftlarının Tədqiqi” adlı yay məktəbi nəzərdə tutulub.

Yay məktəbi müddətində iştirakçıların Qubanın 2-ci Nügədi kəndi ərazisində yerləşən təlim-təcrübə bazasında (BDU), Altıağacdakı təlim-təcrübə bazasında (BDU), həmçinin Xınalıq və Nabran ərazisinin landşaftları ilə yaxından tanış olmaqları gözlənilir. Bununla əlaqədar olaraq yay məktəbi zamanı yuxarıda adları qeyd edilib məntəqələrin yerləşdiyi və ya yaxınlığındakı Şahdağ Milli Parkı (26-31 avqust 2015-ci il), Samur-Yalama Milli Parkı (1-2 Sentyabr 2015-ci il) və Altıağac Milli Parkı (2- 5 sentyabr 2015-ci il), həmçinin Şirvan Milli Parkı (6 sentyabr 2015-ci il) ərazisinə tədqiqat aparmaları nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 26 avqust 2015-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026