Azərbaycanın təhsil işçiləri Gürcüstanda səfərdədir

28/11/2023

Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Səfər çərçivəsində Gürcüstanın təhsil və elm naziri, Tbilisi Dövlət və Gürcüstan Texniki Universitetinin rektorları ilə görüşlər nəzərdə tutulub. Təhsil sahəsində Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, səfərdə Azərbaycanın elm və təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tural Əhmədov, BDU-nun Tədrisin təşkili və idarə olunması Mərkəzinin rəhbəri Elçin Məmmədov iştirak edirlər.

 

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026