Azərbaycan-Türkmənistan sənədləri imzalanıb

12/03/2020

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi keçirilib. Mərasimdə Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb, Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərlərinin mütəmadi həyata keçirildiyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

“Bakı Dövlət Universiteti ilə Məhtimqulu adına Türkmən Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov və Türkmənistanın Təhsil naziri Mammetmırat Geldinıyazov imzalayıblar.

Protokolda universitetlərarası əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, tələbə və akademik heyət arasında mübadilə proqramlarının tətbiq olunması, elmi tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması, tərəflər arasında qarşılıqlı bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə konfrans, simpozium, elmi seminar və laboratorial tədqiqatların aparılmasını təşkil etmək nəzərdə tutulub.

 

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026