Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun Şusuke Vatanabe ilə görüşü olub

05/12/2011

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun sədri, akademik Abel Məhərrəmovun və dostluq qrupunun üzvləri: Hadı Rəcəbli, Aslan Cəfərov, İmamverdi İsmayılov, Flora Qasımova, Eldar Quliyev, Əli Məsimlinin Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe ilə görüşü olub.

Görüşdə Azərbaycan-Yaponiya münasibətlərindən danışılıb və məmnunluq ifadə olunub. Dövlət başçısı İlham Əliyevin Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyini deyən Abel Məhərrəmov əlaqələrdə təhsil siyasətinin xüsusi yer tutduğunu bildirib. Bu siyasətin həm Qərbə, həm də Şərqə inteqrasiya olduğunu deyən rektor 2000-ci ildən BDU-da yapon dilinin tədris edildiyini və  bu zamana qədər universiteti bu ixtisas üzrə 69 məzunun bitirdiyini görüş iştirakçılarının nəzərinə çatdırıb. Abel Məhərrəmov həmçinin Yaponiyada elmin, texnologiyanın sürətlə inkişaf etdiyini vurğulayıb və Bakı Dövlət Universiteti olaraq Yaponiya elminə böyük önəm verdiklərini deyib. O da məlum olub ki, bu il Dövlət Proqramı çərçivəsində bir neçə tələbənin Yaponiyanın elmi mərkəzlərinə göndərilməsi planlaşdırılıb.

Səfir də öz növbəsində Azərbaycan-Yaponiya münasibətlərinin inkişafından razılıq ifadə edib, parlamentlərarası dostluq qrupunun fəaliyyətindən məmnun olduğunu vurğulayıb. Bakı Dövlət Universiteti ilə Yaponiyanın bir neçə ali təhsil mərkəzinin əməkdaşlıq etdiyini deyən səfir, münasibətlərin daha da genişlənməsində maraqlı olduqlarını bildirib.

Sonda humanitar əlaqələrin daha da genişləndirilməsi məqsədilə universitetdə Yapon Mədəniyyət Mərkəzinin açılması təklif olunub.

 

Mətbuat və İnformasiya şöbəsi, 05 dekabr 2011-ci il

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026