“Azərkosmos” BDU-dan kadr istədi

05/05/2011
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə yaradılmış “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev BDU-nun rektoru, akademik Abel Məhərrəmova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, «Azərkosmos» ASC-nin normal iş fəaliyyətinin təmin edilməsi məqsədilə yüksək ixtisaslı mütəxəssislərin işə cəlb edilməsi və onların müvafiq təlimlər keçdikdən sonra cəmiyyətdə işlə təmin olunmaları Cəmiyyətin ən vacib məsələlərindəndir. Bu baxımdan respublikanın ən qabaqcıl tədris müəssisələrindən olan və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında müstəsna rolu olan BDU ilə əməkdaşlığa xüsusi önəm verən qurum universitetin tətbiqi-riyaziyyat və kibernetika, mexanika-riyaziyyat və fizika fakültələrində bakalavr və magistr pillələrinin son kursunda təhsil alan tələbələrinin işlə təmin edilməsində maraqlıdır. Bu məqsədlə Açıq Səhmdar Cəmiyyətin nümayəndələri BDU-da olub, adıçəkilən fakültələrin tələbələri ilə görüşüblər. «Azərkosmos» haqqında tələbələrə ətraflı məlumat verilib, işlə təmin olunacaqları təqdirdə görəcəkləri işlərlə bağlı məlumatlandırılıblar. Məlum olub ki, ASC-nin standartlarına cavab verən bir neçə BDU tələbəsi artıq adıçəkilən qurumda işlə təmin olunub və proses davam edir.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 04 may 2011-ci il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026