“Azərkosmos” məktəblilər və tələbələr üçün vebinarlara davam edir

11/05/2020

“Azərkosmos” Koronavirus pandemiyasının davam etdiyi müddətdə “Evdə qal, elmdən və təhsildən qalma!” adlı təşəbbüsü ilə kosmosu və digər aktual mövzuları əhatə edən vebinarlara davam edir.

Vebinarlar pandemiya ilə əlaqədar məktəbli və tələbələrin evdə qaldıqları müddət ərzində vaxtlarını səmərəli və faydalı keçirmələri üçün “Azərkosmos”un heyəti tərəfindən təqdim olunur.

12 may tarixindən başlayacaq vebinarlar əsasən “Süni İntellekt”, “Big Data”, eləcə də “Robototexnika” sahəsi ilə bağlı maraqlı mövzuları əhatə edəcək. Vebinarlar barədə “Azərkosmos”un “Facebook” və “Linkedin” səhifələrində əvvəlcədən elan olunacaq. Bütün vebinarlar Azərbaycan dilində “Zoom” platforması üzərindən keçiriləcək.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.

BDU-nun əziz müəllim və tələbələri, sizi bu vebinarlarda fəal iştiraka dəvət edirik.

Join Zoom Meeting

https://zoom.us/j/98860935252?pwd=cjZIaHkxeTUrTmhKT3pVRmc5YXB1QT09

Meeting ID: 988 6093 5252

Password: 031394

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026