“Azərkosmos” məktəblilər və tələbələr üçün vebinarlara davam edir

14/05/2020

“Azərkosmos” Koronavirus pandemiyasının davam etdiyi müddətdə “Evdə qal, elmdən və təhsildən qalma!” adlı təşəbbüsü ilə kosmosu və digər aktual mövzuları əhatə edən vebinarlara davam edir.

Vebinarlar pandemiya ilə əlaqədar məktəbli və tələbələrin evdə qaldıqları müddət ərzində vaxtlarını səmərəli və faydalı keçirmələri üçün “Azərkosmos”un heyəti tərəfindən təqdim olunur.

12 may tarixindən başlayan vebinarlar əsasən “Süni İntellekt”, “Big Data”, eləcə də “Robototexnika” sahəsi ilə bağlı maraqlı mövzuları əhatə edir. Vebinarlar barədə “Azərkosmos”un “Facebook” və “Linkedin” səhifələrində əvvəlcədən elan olunur. Bütün vebinarlar Azərbaycan dilində “Zoom” platforması üzərindən keçirilir.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.

Növbəti seminar - "Robotexnika-1" mayın 15-də keçiriləcəkdir.

BDU-nun əziz müəllim və tələbələri, sizi bu vebinarlarda fəal iştiraka dəvət edirik.

 

Join Zoom Meeting

https://zoom.us/j/93973819343?pwd=S2tBcGowSDgzUFo2OURsNVJ3eGM1UT09

Meeting ID: 939 7381 9343

Password: 021954

 


Mövzu və içindəkilər

Təlimçi

Saat

Tarix

1

Robototexnikaya giriş (hissə 1)
(nəzəri və praktiki hissə)

Nadir Atayev

14.30-17.00

15.05.2020

2

Robototexnikaya giriş (hissə 2)
(nəzəri və praktiki hissə)

Nadir Atayev

14.30-17.00

18.05.2020

3

Robototexnikaya giriş (hissə 3)
(nəzəri və praktiki hissə)

Tahir Qədimov

14.30-17.00

20.05.2020

4

Robototexnikaya giriş (hissə 4)
(nəzəri və praktiki hissə)

Tahir Qədimov

14.30-17.00

22.05.2020

5

Robototexnikaya giriş (hissə 5)
(nəzəri və praktiki hissə)

Samir Bayramov

14.30-17.00

27.05.2020

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026