“Azərkosmos” məktəblilər və tələbələr üçün vebinarlara davam edir

19/05/2020

“Azərkosmos” Koronavirus pandemiyasının davam etdiyi müddətdə “Evdə qal, elmdən və təhsildən qalma!” adlı təşəbbüsü ilə kosmosu və digər aktual mövzuları əhatə edən vebinarlara davam edir. Vebinarlar pandemiya ilə əlaqədar məktəbli və tələbələrin evdə qaldıqları müddət ərzində vaxtlarını səmərəli və faydalı keçirmələri üçün “Azərkosmos”un heyəti tərəfindən təqdim olunur.

12 may tarixindən başlayan vebinarlar əsasən “Süni İntellekt”, “Big Data”, eləcə də “Robototexnika” sahəsi ilə bağlı maraqlı mövzuları əhatə edir. Vebinarlar barədə “Azərkosmos”un “Facebook” və “Linkedin” səhifələrində əvvəlcədən elan olunur. Bütün vebinarlar Azərbaycan dilində “Zoom” platforması üzərindən keçirilir.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.

BDU-nun əziz müəllim və tələbələri, sizi bu vebinarlarda fəal iştiraka dəvət edirik.

 

Join Zoom Meeting

https://zoom.us/j/93178493225?pwd=Y1BVc0gycEtSOVhjWkpWcHMwWS96dz09

Meeting ID: 931 7849 3225

Password: 485825

 

Mündəricat:

  • Elektronika komponentləri
  • Elektronika haqqında qısa məlumat
  • Ümumi elektronika komponentləri haqqında məlumat
  • Passiv elektronika komponentləri
  • Aktiv elektronika komponentləri
  • Elektromexaniki elektronika komponentləri və dövrə ləvazimatları
Xəbərlər

BDU-da “Karyerada ilk addım” adlı təlim

BDU-da “Karyerada ilk addım” adlı təlim
20/10/2025

BDU tələbələri faydalı qazıntı yataqlarında müasir geofiziki tədqiqat üsullarına dair məlumatlandırılıb

BDU tələbələri faydalı qazıntı yataqlarında müasir geofiziki tədqiqat üsullarına dair məlumatlandırılıb
20/10/2025

BDU-nun Psixoloji yardım sektorunun “Oxu klubu”nda tələbələrlə görüş 

BDU-nun Psixoloji yardım sektorunun “Oxu klubu”nda tələbələrlə görüş
20/10/2025